XARİCDƏ İŞ TƏCRÜBƏSİ

Avropada iş təcrübəsi keçmək istəyənlər aşağıdakı xidmətlərimizdən yararlana bilərlər.

1
İŞ YERİNİN TAPILMASI
  • Kriteriyalarının dəyərləndirilməsi

  • Müəssisə ilə danışıqlar

  • Təcrübə yeri və müddətinin təsdiqlənməsi

2
VİZA VƏ SƏYAHƏT
  • Viza alınmasında dəstək

  • Təyyarə bileti seçimi

  • Hava limanında qarşılama

3
YAŞAYIŞ
  • Kirayə mənzilin tapılması

  • Tibbi sığortanın təşkili

  • Yaşayışla bağlı rutin dəstək

4
TƏCRÜBƏ sonrası əlavə dəstək
  • İş imkanlarının dəyərləndirilməsi

  • Rəsmi qurumlarla ünsiyyət

  • Hüquqi məsləhətləşmə

XARİCDƏ TİBBİ TƏCRÜBƏ.

Modern tibbin trendində olun, Almaniya, Niderland və Belçikanın xəstəxana və klinikalarında ixtisasınıza uyğun iş təcrübəsi keçin.

daha ətraflı
AVROPADA TİBBİ TƏCRÜBƏ PROQRAMI

Son dönəmlər tibb sahəsində işləyənlərin xaricdə, xüsusi ilə də Avropanın klinika və hospitallarında, eləcə də fərdi həkimlərin yanında peşəkar iş təcrübəsinə olan marağını nəzərə alaraq, tibbi təcrübə tsiklini tam əhatə edən xidmət paketini təqdim edirik.

Avropada səhiyyə xidmətləri əksər hallarda tibb müəssisəsinin yerləşdiyi ölkənin dilində həyata keçirilir. Bu səbəbdən, tibb müəssisələrində təcrübə keçmək istəyənlər işgüzar dil üzrə bacarıqlara sahib olmalıdırlar. Fərdi həkimlərin yanında staj keçən şəxslərin ingilis dilindən istifadə etmə seçimləri vardır.  

Qeyd edək ki, xaricdə tibbi təcrübənin əsas üstünlüklərindən biri də iş təcrübəsindən sonra həmin ölkədə həkim olaraq fəaliyyəti davam etdirmək imkanıdır. Belə ki, Avropa Birliyi ölkələrinin cari immiqrasiya qanunvericiliyi həkimlərə digər peşə sahiblərindən fərqli imtiyazlar verir.

XİDMƏTLƏRİMİZ

Avropada tibbi təcrübə üçün dil bilikləri baza tələblərdən biridir. Bunu nəzərə alaraq, xidmətlərimiz təcrübə öncəsi xaricdə işgüzar dil kursları, səyahət, yaşayış kimi sahələri əhatə etməkdədir.

  • Almaniya, Niderland, Belçika və ya Fransada tibbi təcrübə yerinin tapılması

  • Təcrübə öncəsi hazırlıq proqramını müəyyənləşdirilməsi

  • Təyinat ölkəsində 3 və ya 6 aylıq təcrübə öncəsi dil kursları

  • Tibb müəssisəsinin yerləşdiyi rayonda yaşayış yerini təmini

  • Tibbi təcrübə ilə bağlı rəsmi orqanlarla ünsiyyət

  • Təcrübə sonrası iş imkanlarının dəyərləndirilməsi

MÜRACİƏT ET

MƏZUNLARIMIZ.

AYAPE-nin təcrübə proqramından bəhrələnmiş gənclər hal-hazırda özlərini müxtəlif sahələr üzrə ən yaxşı tərəfdən göstərməkdədirlər.

daha ətraflı
XARİCDƏ İŞ TƏCRÜBƏSİ ÜÇÜN MÜRACİƏT FORMASI

Müraciətiniz üçün təşəkkür edirik! Ən qısa zamanda əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq.

Müraciətinizin qeydə alınması ilə bağlı texniki problem var. Ən qısa zamanda aradan qaldırılacaqdır.